SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İran Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlama verdi

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
İran Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlama verdi

İran Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı Omanla aparılan danışıqların davam etdiyini və bölgədə dəniz nəqliyyatının normal qaydada fəaliyyət göstərdiyini açıqlayıb.

XeberHub.com xəbər verir ki, "Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Bəqayi bildirib ki, iyulun 24-25-də Tehranda keçirilən görüşlər zamanı İran və Oman nümayəndələri Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması, həmçinin hər iki ölkənin suveren hüquqlarına hörmət prinsipi əsasında əməkdaşlıq mexanizmlərini müzakirə ediblər.

Onun sözlərinə görə, aparılan danışıqlar nəticəsində bu istiqamətdə mühüm irəliləyiş əldə olunub. XİN rəsmisi əlavə edib ki, Oman nümayəndə heyəti iyulun 25-də Tehranı tərk etsə də, tərəflər arasında texniki və siyasi məsləhətləşmələr davam etdirilir.

İsmayıl Bəqayi vurğulayıb ki, hazırda Hörmüz boğazında gəmiçilik fəaliyyəti əvvəlki qaydada davam edir və vəziyyətdə hər hansı dəyişiklik qeydə alınmayıb.

A

Oxşar Xəbərlər