SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Azərbaycanda ilin ilk yarısında ÜDM artımı qeydə alındı

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Azərbaycanda ilin ilk yarısında ÜDM artımı qeydə alındı

Xeberhub.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Rəsmi statistikaya əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Məlumata görə, hesabat dövründə ölkə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,7 faiz azalıb. Qeyri-neft-qaz sektorunda isə 1,5 faizlik artım qeydə alınıb.

ÜDM istehsalında ən böyük pay sənaye sahəsinin üzərinə düşüb. Belə ki, ümumi daxili məhsulun 34,6 faizi sənayenin payına aid olub.

Digər sahələrin ÜDM-də payı belə olub: ticarət və nəqliyyat vasitələrinin təmiri – 10,6 faiz, nəqliyyat və anbar təsərrüfatı – 7,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 5,9 faiz, tikinti – 4,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə – 2,9 faiz, informasiya və rabitə – 2 faiz.

Digər sahələrin ümumi ÜDM-də payı 22,2 faiz təşkil edib. Məhsula və idxala tətbiq olunan xalis vergilər isə ümumi daxili məhsulun 9,6 faizini təşkil edib.

A

Oxşar Xəbərlər