Xeberhub.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, hesabat dövründə dövlət büdcəsindən 16 milyard 775,5 milyon manat həcmində vəsait xərclənib.
Göstərilən dövr üzrə büdcə gəlirləri ilə xərclər arasında 2 milyard 403,9 milyon manat məbləğində profisit yaranıb. Bu göstərici ümumi daxili məhsulun 3,7 faizinə bərabər olub.