Dövlət Vergi Xidməti 1,1 milyon manatlıq tender elan edib
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti proqram təminatının satın alınması və təkmilləşdirilməsi ilə bağlı açıq tender elan edib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan ümumi qiyməti 1 milyon 112 min manatdır.
Tender çərçivəsində Dövlət Vergi Xidmətinin korporativ administrator veb-interfeysinin, həmçinin müvafiq proqram təminatının satın alınması və təkmilləşdirilməsi nəzərdə tutulur.
Sənədlərdə qeyd olunur ki, Dövlət Vergi Xidmətinə daxil olan müraciətlərin “AKTUM” vasitəsilə avtomatik emalını təmin etmək məqsədilə inteqrasiya işlərinin aparılması da planlaşdırılır.