Xeberhub.com xəbər verir ki, Fransada müşahidə olunan qeyri-adi isti hava və kondisionerlərdən istifadənin kəskin artması ölkəni qış mövsümü üçün topladığı qaz ehtiyatlarından istifadə etməyə vadar edib.
"Gas Infrastructure Europe" təşkilatının hesabatına görə, Avropa ölkələri adətən yay aylarında yeraltı qaz anbarlarını qışa hazırlıq məqsədilə doldurur. Bu çərçivədə iyulun 1-dən 10-dək Fransanın qaz anbarlarına təxminən 367,9 milyon kubmetr qaz vurulub.
Bununla yanaşı, isti hava səbəbindən soyutma sistemlərinə tələbatın artması elektrik enerjisi istehlakını yüksəldib. Nəticədə qazla işləyən elektrik stansiyalarının fəaliyyəti genişlənib və ölkə yalnız iyulun ilk günlərində yeraltı anbarlardan 211,5 milyon kubmetr qaz çıxararaq istifadə edib.