ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Karolin Levitti öz uşağına ölkə başçısından daha çox diqqət göstərməkdə zarafatla qınayıb.
Xeberhub.com xəbər verir ki, Tramp Cənubi Karolinada keçirilən mitinqdə çıxışı zamanı bu barədə zarafat edib. Onun sözlərinə görə, Levitt yeni doğulan uşağını ondan daha çox sevir.
“Onun təzəliklə körpəsi dünyaya gəlib və mən yenicə öyrənmişəm ki, o, bu uşağı Donald Trampdan daha çox sevir. Buna görə hirslənmişəm”, - deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, 28 yaşlı Karolin Levitt özündən 32 yaş böyük iş adamı Nikolas Riççio ilə evlidir. Cütlüyün 2024-cü ilin iyulunda bir oğlu, 2026-cı ilin mayında isə Viviana adlı qızı dünyaya gəlib.