Səhiyyənin Təminat Mərkəzi laboratoriya məhsullarının alınmasına 1,1 milyon manatdan çox vəsait ayırıb
Xeberhub.com xəbər verir ki, “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi laboratoriya tədqiqatları və müayinələrində istifadə ediləcək reagent, reaktiv, test və laboratoriya sərfiyyat mallarının satın alınması ilə bağlı açıq tender keçirib.
Tenderin yekun qiyməti 1 milyon 118 min manat təşkil edib.
Satınalma çərçivəsində laboratoriya araşdırmalarında istifadə olunan müxtəlif təyinatlı reagentlər, reaktivlər, testlər və sərfiyyat materiallarının əldə edilməsi nəzərdə tutulub.
Tender üzrə satınalma siyahısına 0,25 ml mikroinser, 1,5 ml vintli qapaqlı ND-9 flakonu, HPLC təmizlik dərəcəli 2-propanol, qan alkoqolunun yoxlanılması üçün qarışıq, iz elementlərinin müəyyənləşdirilməsi üçün tam qan nəzarət materialı və sidik nəzarət materialı kimi məhsullar daxil edilib.
Ümumilikdə tenderin satınalma siyahısında 75 adda məhsul yer alıb.