İmişlidə iki avtomobil toqquşub: iki sərnişin xəsarət alıb
İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 23:00 radələrində İmişli şəhərində baş verib.
İlkin məlumata əsasən, İmişli sakini Səfər Əzizovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Ramil Muradovun idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “Mercedes-Benz”də olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.