SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ İrana qarşı ikinci zərbə dalğasını həyata keçirdi

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
ABŞ İrana qarşı ikinci zərbə dalğasını həyata keçirdi

ABŞ İrana qarşı ikinci zərbə dalğasını başa çatdırdı

ABŞ Silahlı Qüvvələri İrana qarşı son sutka ərzində ikinci zərbə dalğasını həyata keçirərək əməliyyatı başa çatdırıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində yaydığı məlumata görə, ikinci hücum dalğası Şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00) başlayıb.

Bildirilib ki, əməliyyat zamanı əsas hədəflər Hörmüz boğazından sərbəst hərəkət edən ticarət gəmiləri üçün təhlükə yaratdığı iddia edilən İranın hərbi obyektləri olub.

CENTCOM-un açıqlamasına əsasən, təxminən 90 dəqiqə davam edən əməliyyat çərçivəsində Böyük Tunb adasında yerləşən sahil mühafizə sistemləri, qanadlı raket anbarları və onların buraxılış qurğuları yüksək dəqiqlikli silahlarla vurulub.

Komandanlıq hücumların nəticəsində İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə zərbə endirmək imkanlarının əhəmiyyətli dərəcədə zəiflədiyini iddia edib.

İran rəsmiləri isə əməliyyatla bağlı hələlik rəsmi açıqlama verməyiblər.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın