Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin pilotsuz uçuş aparatlarının istehsalını əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna hazırda ildə 10 milyon dron istehsal edir və yaxın gələcəkdə bu göstəricinin 20 milyona çatdırılması planlaşdırılır.
"Bir vaxtlar dövlətin ildə 1 milyon dron istehsal edəcəyi planını açıqlayanda buna çoxları şübhə ilə yanaşırdı. İndi isə deyə bilərik ki, ildə 10 milyon dron istehsal edirik. Gələcəkdə isə 20 milyon olacaq", – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, pilotsuz uçuş aparatlarının istehsal gücünün artırılması ölkənin müdafiə sənayesinin inkişafı və təhlükəsizlik imkanlarının gücləndirilməsi istiqamətində həyata keçirilən strategiyanın əsas istiqamətlərindən biridir.
Şərhlər (0)
Şərh yazın