İranın Səmnan əyalətində 4.5 bal gücündə zəlzələ baş verib
Xeberhub.com xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, İranın Səmnan əyalətinin Əmiriyyə şəhərində 4.5 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkanların ocağı yerin 8 kilometr dərinliyində yerləşib.
Bildirilib ki, zəlzələ nəticəsində itki və ya dağıntılarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Aidiyyəti qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır və təkanın mümkün fəsadları ilə bağlı araşdırmalar davam etdirilir.