Xəbər
Qubada 7 kiloqram marixuana aşkarlanıb, əvvəllər məhkum olunmuş şəxs saxlanılıbXeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxsin üzərinə baxış zamanı ümumi çəkisi 7 kiloqram olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ş.Əmiraslanov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.