Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Neftçi" bu gün Belarusun "Dinamo Minsk" komandası ilə qarşılaşacaq.
Matç Bolqarıstanın Stara-Zaqora şəhərində yerləşən "Beroye" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Paytaxt klubu ilk oyunda Bakıda rəqibinə 2:4 hesabı ilə məğlub olub. "Neftçi" növbəti mərhələyə yüksəlmək üçün cavab qarşılaşmasında üstün nəticə qazanmalıdır.
Bu cütün qalibi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.