SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ zərbələri zamanı İranın bir neçə bölgəsində partlayışlar baş verib

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
ABŞ zərbələri zamanı İranın bir neçə bölgəsində partlayışlar baş verib
ABŞ zərbələri zamanı İranın bir neçə bölgəsində partlayışlar qeydə alınıb

Xeberhub.com xəbər verir ki, Tasnim agentliyinin yaydığı məlumata görə, ABŞ-ın İrana endirdiyi hava zərbələri nəticəsində ölkənin müxtəlif bölgələrində ardıcıl partlayışlar baş verib.

Məlumata əsasən, Qeşm adasında üç partlayış qeydə alınıb. Mərmilərdən birinin yaşayış massivinə düşdüyü bildirilib. Hadisə nəticəsində itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Kiş adasında da iki güclü partlayış baş verib. Bildirilir ki, hücumlar zamanı şəhər infrastrukturu və yaşayış obyektlərinə ciddi ziyan dəyməyib.

Bundan başqa, İranın cənub-qərbində yerləşən Abadan şəhərinin bəzi ərazilərində də partlayışlar müşahidə olunub. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Tasnim-in məlumatına görə, Buşehr əyaləti, Kazerun və Əhvaz şəhərləri də hava hücumlarına məruz qalan ərazilər sırasındadır.

Xuzistan əyaləti qubernatorunun müavini isə bildirib ki, ABŞ qüvvələri Şadeqan şəhərinin ətrafına raket zərbələri endirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi əməliyyatların başladığını açıqlamışdı.

A

Oxşar Xəbərlər