Yeni Zelandiyada güclü zəlzələdən sonra sunami təhlükəsi elan edildi
Xeberhub.com xəbər verir ki, Yeni Zelandiyada baş verən 6.3 maqnitudalı zəlzələdən sonra bəzi bölgələr üçün sunami xəbərdarlığı verilib.
Məlumata görə, yeraltı təkanların mərkəzi Te-Anau şəhərindən təxminən 40 kilometr şimalda qeydə alınıb.
Zəlzələdən sonra Cənub adasının qərb sahillərində yerləşən ərazilər üçün təhlükə ehtimalı artırılıb. Milford Saund ərazisindən Pyuysequr burnunadək olan sahil zolağında su basması riskinin mövcud olduğu bildirilib.
Yeni Zelandiyanın Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi sakinlərə ehtiyatlı olmağı və təhlükə yaranacağı halda dərhal daha yüksək ərazilərə keçməyi tövsiyə edib.
Qurumun açıqlamasında qeyd olunub ki, bəzi sahil bölgələrində dəniz səviyyəsində dəyişikliklər və daşqın ehtimalı müşahidə oluna bilər.