SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

İtaliyada tanınmış idman jurnalisti amansızlıqla qətlə yetirildi

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
İtaliyada tanınmış idman jurnalisti amansızlıqla qətlə yetirildi

Xeberhub.com xəbər verir ki, Oxu.az-ın Rai News telekanalına istinadən yaydığı məlumata görə, İtaliyada tanınmış idman jurnalisti Luka Espozito qətlə yetirilib.

Məlumata əsasən, 53 yaşlı jurnalistin meyiti Salerno əyalətinin Eboli bələdiyyəsində yerləşən kənd təsərrüfatı sahəsində tapılıb. İlkin araşdırmalara görə, Espozito əvvəlcə döyülərək öldürülüb, daha sonra isə cəsədi yandırılıb.

Hüquq-mühafizə orqanları jurnalistin şəxsiyyətini hadisə yerinin yaxınlığında aşkar olunan və onun adına qeydiyyatda olan avtomobil vasitəsilə müəyyən ediblər.

Hazırda polis hadisənin bütün təfərrüatlarını araşdırır. Cinayətin hansı səbəbdən törədildiyi, eləcə də hadisəni törədən şəxs və ya şəxslərin kimliyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Luka Espozito uzun illər idman jurnalistikası sahəsində fəaliyyət göstərib. O, əsasən futbol xəbərlərini işıqlandırırdı və "TuttoSalernitana.com" idman portalının redaktoru vəzifəsində çalışırdı.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın