Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot xilas olub
Türkiyənin Yalova vilayətində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Xeberhub.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə təlim uçuşu zamanı baş verib. Təyyarənin pilotu katapult edərək təhlükəsiz şəkildə xilas olub.
Nazirliyin açıqlamasında bildirilib ki, qəzanın səbəbləri aparılacaq ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək.
Məlumata görə, hadisə Yalova ərazisindəki təlim uçuşu zamanı baş verib. Hadisə yerinə müvafiq xilasetmə və fövqəladə xidmətlər cəlb olunub. Yerli görüntülərdə qəza bölgəsindən havaya qalxan qara tüstü müşahidə edilib.
Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.