SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Konqoda Ebola epidemiyası genişlənir: ölənlərin sayı 930-a çatdı

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Konqoda Ebola epidemiyası genişlənir: ölənlərin sayı 930-a çatdı

Konqo Demokratik Respublikasında Ebola ilə bağlı vəziyyət ağırlaşır: yoluxanların sayı 2 344 nəfərə çatıb

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma halları artmaqda davam edir.

KDR-nin Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində bildirilib ki, laboratoriya təsdiqi ilə qeydə alınan yoluxma hallarının sayı son sutka ərzində 77 nəfər artaraq 2 344 nəfərə yüksəlib.

Məlumata əsasən, Ebola virusu səbəbindən ölənlərin sayı 930 nəfərə çatıb. Son 24 saat ərzində 37 nəfərin həyatını itirdiyi qeyd olunur. Xəstəlikdən ölüm göstəricisi 39,7 faiz təşkil edir.

Hazırda tibb müəssisələri və xüsusi təcridxanalarda 724 xəstənin müalicə aldığı bildirilir. Virusa yoluxmuş şəxslərlə təmasda olan insanların izlənməsi və tibbi nəzarətdə saxlanılması prosesi isə 85,8 faiz səviyyəsində həyata keçirilir.

Qeyd olunur ki, Ebola virusunun yayılması mayın 15-dən etibarən KDR-nin şərq bölgələri və Uqanda ərazisində müşahidə olunmağa başlayıb.

Hazırda xəstəlik Konqo Demokratik Respublikasının beş vilayətində yayılıb. Əsas yoluxma ocağı kimi isə İturi əyaləti göstərilir.

A

Oxşar Xəbərlər