SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Yanğın

Türkiyədə meşə yanğınları genişlənir: 700-dən çox sakin təxliyə edildi

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Türkiyədə meşə yanğınları genişlənir: 700-dən çox sakin təxliyə edildi
Türkiyədə meşə yanğınları davam edir: Yüzlərlə sakin təxliyə olunub

Xeberhub.com xəbər verir ki, NTV telekanalının yaydığı məlumata görə, Türkiyənin Muğla vilayətində davam edən irimiqyaslı meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir. Lakin iyulun 30-u səhər saatlarınadək alovu tam nəzarət altına almaq mümkün olmayıb.

Məlumata görə, yanğın iyulun 29-da Seydikemer rayonunda başlayıb. Təhlükəsizlik məqsədilə yanğın zonasındakı 408 evdən ümumilikdə 703 nəfər təxliyə edilib. Bundan başqa, yerli dövlət xəstəxanasında müalicə alan 45 pasiyent də təhlükəsiz ərazilərə köçürülüb.

Muğla valiliyinin açıqlamasına əsasən, alov nəticəsində altı fərqli ərazidə ümumilikdə 55 tikili zərər görüb. Bəzi tikililərin tamamilə yandığı bildirilib.

Yanğının söndürülməsi əməliyyatına 25 hava vasitəsi, 410 yerüstü texnika və 1100 nəfərlik şəxsi heyət cəlb olunub.

Bununla yanaşı, Antalya, Balıkesir və İzmir vilayətlərində də meşə yanğınlarının davam etdiyi qeyd olunub. Rəsmi məlumata görə, indiyədək insan tələfatı qeydə alınmayıb.

Rəsmilər turizm bölgələrinin yanğın ocaqlarından uzaqda yerləşdiyini və istirahət zonaları üçün hər hansı təhlükənin olmadığını bildiriblər.

A

Oxşar Xəbərlər