SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Sabunçuda xüsusi notarius barəsində cinayət işi açıldı

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Sabunçuda xüsusi notarius barəsində cinayət işi açıldı

Xeberhub.com xəbər verir ki, Qafqazinfo-nun yaydığı məlumata görə, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 4 saylı Notariat Ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb.

Məlumata əsasən, Səbuhi Əliyev külli miqdarda mənimsəmədə ittiham olunur. Bildirilir ki, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma zamanı onun külli miqdarda vəsaiti mənimsəməsinə dair əsaslı şübhələr yarandığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, notarius vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəyib.

Bu əsasla Səbuhi Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməyib. Onun haqqında məhkəməyədək polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub.

Qeyd olunur ki, məhkəmə onun təqsirini sübuta yetirər və vurulmuş ziyan ödənilməzsə, Səbuhi Əliyevi 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Qeyd edək ki, açıq mənbələrdə yer alan bioqrafik məlumatlara əsasən, 44 yaşlı Səbuhi Əliyev 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb və hüquqşünas alim kimi fəaliyyət göstərib.

A

Oxşar Xəbərlər