Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilir.
Xeberhub.com xəbər verir ki, APA-nın yaydığı məlumata görə, "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov bildirib ki, bu gün səhər saatlarında "Albatros Corporation" şirkətinə məxsus "ATA-2" quru yük gəmisi Odessa limanı yaxınlığında üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Məlumata əsasən, hadisə nəticəsində gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahilləri istiqamətində hərəkətini davam etdirir.
Bildirilib ki, gəminin heyəti 13 nəfərdən ibarətdir. Ekipaj üzvlərindən 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır.
İlkin məlumata görə, insident nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.