Norveç sahillərində kükürd turşusu daşıyan tankerdə baş verən partlayışdan sonra yanğın qeydə alınıb.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Norveçin NRK telekanalının yaydığı məlumata əsasən, hadisə uzunluğu 120 metr olan kimyəvi maddə daşıyan gəmidə baş verib.
Məlumata görə, partlayış yerli vaxtla saat 15:30-da baş verib. Hadisə barədə ilk məlumatı ərazidə olan şahidlər aidiyyəti qurumlara çatdırıblar.
İlkin araşdırmalara əsasən, partlayış gəminin boş çənlərindən birində baş verib. Hadisə nəticəsində tankerə yüklənmiş kükürd turşusuna ziyan dəymədiyi bildirilib.
Norveç polisinin açıqlamasına görə, yanğın yerli vaxtla saat 17:50-də tam söndürülüb. Gəmidə olan 15 ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə xilas edilib və xəsarət alan olmayıb.