SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Marko Rubio: ABŞ İranla münaqişənin diplomatik həllinə hazırdır

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
Marko Rubio: ABŞ İranla münaqişənin diplomatik həllinə hazırdır

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranla yaşanan gərginliyin diplomatik vasitələrlə aradan qaldırılmasına üstünlük verdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Rubio bu barədə jurnalistlərə verdiyi açıqlama zamanı danışıb.

Dövlət katibi bildirib ki, ABŞ İranla bağlı məsələlərin həllində diplomatik yolları açıq saxlayır və bu istiqamətdə daha əvvəl də bir neçə dəfə təşəbbüs göstərib.

“ABŞ hər zaman diplomatik həll imkanlarını nəzərdən keçirir. Biz bunu dəfələrlə sınamışıq və bundan sonra da cəhdlərimizi davam etdirəcəyik”, – deyə Rubio qeyd edib.

O vurğulayıb ki, Vaşinqton bütün hallarda diplomatik əməkdaşlığa hazırdır, lakin əldə olunacaq hər hansı razılaşma real və tərəflərin öhdəliklərinə əməl etməyə hazır olduğu bir sənəd olmalıdır.


A

Oxşar Xəbərlər