SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İlon Mask Respublikaçılara dəstək üçün siyasi komitəsini bərpa edir

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
İlon Mask Respublikaçılara dəstək üçün siyasi komitəsini bərpa edir

İlon Mask Respublikaçılara dəstək üçün siyasi komitəsini yenidən aktivləşdirir

Xeberhub.com xəbər verir ki, "Axios" portalının yaydığı məlumata görə, ABŞ-li iş adamı və "SpaceX" şirkətinin təsisçisi İlon Mask ABŞ-də keçiriləcək aralıq Konqres seçkiləri öncəsi Respublikaçılar Partiyasına dəstək məqsədilə "America PAC" adlı siyasi fəaliyyət komitəsinin işini bərpa etmək qərarına gəlib.

Məlumata əsasən, seçkilərdə iştirak səviyyəsini artırmaq üçün kampaniyaya iri həcmdə maliyyə vəsaiti ayrılacaq. Layihə çərçivəsində qapı-qapı təşviqat aparılması, kütləvi informasiya vasitələrində reklamların yerləşdirilməsi və poçt vasitəsilə seçicilərə məktubların göndərilməsi planlaşdırılır.

Bildirilib ki, təşəbbüsün əsas məqsədi adətən aralıq seçkilərində səsvermədə iştirak etməyən mühafizəkar seçiciləri seçki məntəqələrinə cəlb etməkdir.

Portalın məlumatına görə, İlon Mask layihənin detalları ilə bağlı ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə artıq müzakirələr aparıb. Kampaniyaya Maskın məsləhətçisi Kris Yeng rəhbərlik edəcək.

Qeyd olunur ki, digər siyasi təşkilatlar əsasən televiziya reklamlarına üstünlük verdiyi halda, "America PAC" komitəsi seçicilərlə birbaşa ünsiyyətə fokuslanacaq.

A

Oxşar Xəbərlər