SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Bakıda növbəti genişmiqyaslı iməcilik keçirildi

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Bakıda növbəti genişmiqyaslı iməcilik keçirildi

Bakıda yay mövsümündə şəhərin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə növbəti genişmiqyaslı təmizlik aksiyası keçirilib.

XeberHub.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, iyulun 25-də təşkil olunan daxili iməcilik çərçivəsində paytaxtın mərkəzi küçə və prospektləri ilə yanaşı, qəsəbələrdə də geniş təmizlik işləri aparılıb.

Məlumata əsasən, səhər saatlarından etibarən kommunal xidmətlərin xüsusi texnikası ekoloji cəhətdən təhlükəsiz yuyucu vasitələrdən istifadə etməklə küçə və yolların yuyulmasını həyata keçirib. Eyni zamanda səki kənarları, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət məkanlarındakı oturacaqlar təmizlənib, həyətlərdə və yaşayış məhəllələrində abadlıq işləri görülüb.

İməcilik zamanı yolkənarı ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri də yuyulub, ətraf ərazilərdə səliqə-sahman yaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları isə prospekt və küçələr boyunca ağacların, kolların və yaşıllıq sahələrinin üzərində toplanan toz qatını yuyub, bitkilərə aqrotexniki qulluq göstərib, zədələnmiş budaqları budayıblar. Bundan əlavə, şəhərin müxtəlif ərazilərində yeni güllər əkilib və dekorativ gül kompozisiyaları salınıb.

Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, paytaxtın bütün rayonlarını əhatə edən bu təmizlik tədbirləri şəhərin sanitar vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir.

A

Oxşar Xəbərlər