SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Texnologiya

ABŞ məktəblərində silahlı hücumlara qarşı xüsusi dronlardan istifadə ediləcək

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
ABŞ məktəblərində silahlı hücumlara qarşı xüsusi dronlardan istifadə ediləcək

ABŞ məktəblərində təhlükəsizlik üçün müdaxilə dronlarından istifadə planlaşdırılır

ABŞ-də məktəblərdə silahlı hücumların qarşısının alınması məqsədilə yeni təhlükəsizlik texnologiyasının tətbiqi nəzərdən keçirilir.

Xeberhub.com xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, yeni sistem səs gücləndiricilər, kameralar və xəbərdarlıq sirenləri ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından ibarət olacaq. Məktəbdə silahlı insident barədə siqnal daxil olduqda, xüsusi dronların hadisə yerinə operativ şəkildə göndərilməsi planlaşdırılır.

Bildirilib ki, bu qurğular məktəb əməkdaşları ilə əlaqə yaratmaq, vəziyyəti müşahidə etmək və hüquq-mühafizə orqanları gələnədək ilkin müdaxilə tədbirləri həyata keçirmək üçün istifadə olunacaq.

Məlumata əsasən, bəzi dron modelləri qorunmayan pəncərələri sındırmaq, gözyaşardıcı qaz vasitələri tətbiq etmək və hücumçunun diqqətini yayındırmaq imkanına malik olacaq. Hadisə zamanı eyni vaxtda bir neçə dronun istifadəsi nəzərdə tutulur.

Nəşrin məlumatına görə, bu texnologiyanın ilk mərhələdə Corciya ştatında dörd, Floridada üç, Koloradoda isə bir məktəbdə tətbiqi planlaşdırılır.

A

Oxşar Xəbərlər