SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Praqnoz

FHN-dən qızmar hava ilə bağlı əhaliyə mühüm xəbərdarlıq

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
FHN-dən qızmar hava ilə bağlı əhaliyə mühüm xəbərdarlıq

FHN qızmar hava ilə əlaqədar çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

Xeberhub.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərdarlığa əsasən, iyulun 25-26-da ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında havanın kəskin isti keçəcəyi, bəzi ərazilərdə temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Nazirlik bildirib ki, isti hava şəraiti səbəbindən həftəsonları vətəndaşların istirahət məqsədilə su hövzələrinə axını artır. Lakin təhlükəsizlik qaydalarına əməl olunmaması bədbəxt hadisələrə səbəb ola bilər.

FHN vətəndaşlara xatırladıb ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək təhlükəlidir və qadağandır. Həmçinin çimmə zonasının sərhədlərini keçmək, xilasetmə vasitələri istisna olmaqla digər qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq yolverilməz hesab olunur.

Nazirlik valideynlərə uşaqları çimərlikdə nəzarətsiz buraxmamağı, xəbərdaredici nişanlara, eləcə də xilasedicilərin göstərişlərinə ciddi əməl etməyi tövsiyə edib.

Bundan əlavə, qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra suya daxil olmağın təhlükəli olduğu vurğulanıb.

FHN sonda vətəndaşlara təhlükə yarandığı halda 112 qaynar xəttinə müraciət etməyi tövsiyə edib.

A

Oxşar Xəbərlər