AQTA heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsimi məntəqələrində keçirilən monitorinqlər zamanı bir sıra pozuntular müəyyən edib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, bu barədə AQTA məlumat yayıb.
Agentliyin Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilova bildirib ki, yoxlamalar zamanı bəzi heyvan kəsimi məntəqələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti sahəsində qüvvədə olan texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Onun sözlərinə görə, müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara qısa müddət ərzində zəruri tədbirlərin görülməsi tapşırılıb.
Bundan əlavə, sahibkarlardan görülən işlərin nəticələri barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat təqdim etmələri tələb olunub.