SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Pezeşkian: ABŞ İranla bağlı proqnozlarında səhvə yol verib

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Pezeşkian: ABŞ İranla bağlı proqnozlarında səhvə yol verib

Pezeşkian: ABŞ İranla bağlı proqnozlarında səhvə yol verib

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin ölkəsindəki daxili siyasi vəziyyətlə bağlı apardığı qiymətləndirmələrin nəticə vermədiyini bildirib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın TASS-a istinadən yaydığı məlumata görə, Pezeşkian ABŞ-nin İranla bağlı proqnozlarında süni intellektdən və qeyri-obyektiv hesab etdiyi məlumatlardan istifadə etdiyini deyib.

İran prezidenti bildirib ki, ABŞ İran daxilində aclıq, qarət, sosial böhran və qeyri-sabitliyin yaranacağını düşünürdü.

Onun sözlərinə görə, Vaşinqtonun süni intellektdən əldə etdiyi məlumatlar, eləcə də casus şəbəkələri və agentlərdən alınan informasiyalar əsasında hazırladığı hesablamalar özünü doğrultmayıb.

Pezeşkian qeyd edib ki, ABŞ-nin İranın daxili vəziyyəti ilə bağlı gözləntiləri ardıcıl şəkildə reallaşmayıb.

A

Oxşar Xəbərlər