SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Ukrayna Rusiyanın "kölgə donanması"na yeni hücum etdiyini açıqladı

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Ukrayna Rusiyanın "kölgə donanması"na yeni hücum etdiyini açıqladı

Ukrayna Rusiyanın "kölgə donanması"na yeni PUA hücumları etdiyini açıqlayıb

Xeberhub.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri iyulun 18-nə keçən gecə Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"na qarşı yeni pilotsuz uçuş aparatları (PUA) ilə əməliyyat həyata keçirildiyini açıqlayıb.

Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert (Madyar) Brovdinin "Telegram" kanalında paylaşdığı məlumata görə, son əməliyyat zamanı ümumilikdə 13 dəniz nəqliyyat vasitəsi hədəfə alınıb.

Açıqlamada bildirilir ki, vurulan vasitələr arasında 8 quru yük gəmisi, 1 tanker, 1 qazdaşıyan tanker, 1 yedək gəmisi və 2 üzən kran yer alır.

Brovdinin sözlərinə görə, "MoLoÇKa" adlandırılan əməliyyatın 13 günü ərzində Ukrayna PUA-ları Rusiyaya məxsus ümumilikdə 172 gəmini hədəfə alıb. Onlardan 118-i Azov dənizində, 54-ü isə Qara dənizdə yerləşib.

Komandan bildirib ki, əməliyyatın əsas məqsədi sanksiyalardan yayınaraq həyata keçirilən neft, yanacaq və digər yüklərin daşınması logistikasını pozmaqdır.

O, həmçinin qeyd edib ki, məqsəd dənizdə ekoloji fəsad yaratmaq deyil və buna görə də gəmilərin batmasına səbəb olacaq zədələr vurulmur.

Qeyd edək ki, Ukrayna tərəfinin səsləndirdiyi məlumatlar hazırda müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

A

Oxşar Xəbərlər