"Qarabağ" – "ÇSKA Sofiya" oyunlarının hakimləri açıqlandı
Xeberhub.com xəbər verir ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "ÇSKA Sofiya" qarşılaşmalarını idarə edəcək hakimlər müəyyənləşib.
UEFA-nın açıqladığı təyinatlara əsasən, Bakıda keçiriləcək ilk oyunun baş hakimi italiyalı Daniele Çiffi olacaq. Qarşılaşmada ona həmyerlilərindən ibarət hakimlər briqadası kömək edəcək.
Bolqarıstanda keçiriləcək cavab görüşü isə belçikalı hakimlər briqadasına həvalə olunub. Həmin matçın baş hakimi Bram Van Drişşe təyin edilib.
Qeyd edək ki, "Qarabağ" və "ÇSKA Sofiya" arasında ilk qarşılaşma iyulun 23-də Bakıda baş tutacaq. Cavab oyunu isə bir həftə sonra Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.