Sumqayıtda 61 yaşlı kişi avtomobildə öldü
Sumqayıtda 61 yaşlı Çingiz Bayramov idarə etdiyi avtomobildə vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Sumqayıtda 61 yaşlı Çingiz Bayramov idarə etdiyi avtomobildə vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Lisenziyasız kosmetoloji fəaliyyət göstərdiyi bildirilən fərdi sahibkar Elnarə Canlının fəaliyyəti ilə bağlı bir neçə dəfə yoxlama aparılıb. Aşkarlanan pozuntularla bağlı protokollar tərtib edilib və məsələ Baş Prokurorluğa göndərilib.
Sumqayıtda 10 yaşlı uşaq yaşadığı binanın 5-ci mərtəbəsindəki eyvandan yıxılıb. O, xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Malayziyadan Hindistana uçan təyyarədə 36 yaşlı sərnişin 9 min metr yüksəklikdə qəza çıxışını açmağa cəhd edib. O, ekipaj və sərnişinlər tərəfindən zərərsizləşdirilərək polisə təhvil verilib.
Gürcüstanın Tbilisi şəhərində yerləşən göldə 15 yaşlı Rəvan Əfəndiyev boğularaq həyatını itirib. Yeniyetmə dostları ilə çimməyə gedibmiş.
Qaxın Ağyazı kəndində təsərrüfat işi görən 47 yaşlı qadını ilan sancıb. O, xəstəxanaya yerləşdirilib və ilan zəhərinə qarşı zərdab vurulub.
Çində “Dolfin” qasırğasının yaxınlaşması ilə əlaqədar ən yüksək səviyyəli qırmızı xəbərdarlıq elan olunub. Qasırğanın şərq sahillərinə çatacağı, küləyin sürətinin 45 m/s-ə qədər yüksələcəyi gözlənilir. 420 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.
Bakıda çoxmərtəbəli binalarda kondisionerlərdən axan su piyadalar üçün problem yaradır. Mütəxəssislər vəziyyətin qarşısını almaq üçün binalarda xüsusi drenaj xətlərinin yaradılmasını vacib hesab edirlər.
Beyləqanda avqustun 6-da kanalda batan 21 yaşlı Amin Əhmədovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Goranboyun Sarov kəndində 2008-ci il təvəllüdlü qızın meyiti yaşadığı evdə tapılıb. Ölümün səbəbi hələ məlum deyil və hadisə ilə bağlı araşdırma aparılır.
Misir Mərdanovun ata nəslindən olan şəxsin Y-DNT analizi J1 haploqrupunun CTS1460 subkladına aid edilib. Genetik-tədqiqatçı Orxan Xansuvar bu subkladın Qafqazın qədim genetik qollarından biri olduğunu və bölgədə aparılan paleogenetik araşdırmalarda aşkarlandığını bildirib.
İstanbulun Şile rayonunda məscidin dəstəmaz fəvvarəsinin tikintisi üçün nəzərdə tutulan, təxminən 150 min Türkiyə lirəsi dəyərində inşaat materiallarını oğurlamağa cəhd edən 4 Azərbaycan vətəndaşı saxlanılıb və sonradan Türkiyədən deportasiya edilib.