Sumqayıtda 61 yaşlı kişi avtomobildə vəfat edib
Xeberhub.com xəbər verir ki, Sumqayıt şəhərinin “Qurd dərəsi bağları” yaşayış massivində ölüm hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, 1965-ci il təvəllüdlü Çingiz Həmdulla oğlu Bayramov idarə etdiyi BYD markalı avtomobildə olarkən həyatını itirib.
İlkin məlumata əsasən, 61 yaşlı kişinin ölümünə ürək çatışmazlığı səbəb olub. Faktla bağlı araşdırma aparılır.