Sumqayıtda 10 yaşlı uşaq 5-ci mərtəbənin eyvanından yıxıldı
Xeberhub.com xəbər verir ki, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli binalardan birində bədbəxt hadisə baş verib.
Axar.az “Report”a istinadən bildirir ki, 2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsindəki eyvandan yıxılıb.
Hadisə nəticəsində xəsarət alan uşaq tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.