İdman

123 xəbər
Rodri: “Fransanı məğlub edə bilərik”
İdman

Rodri: “Fransanı məğlub edə bilərik”

QOL.az xəbər verir ki, İspaniya millisinin kapitanı Rodri DÇ-2026 yarımfinalında Fransa ilə keçiriləcək oyun öncəsi açıqlama verib. Futbolçu Fransanın güclü komanda olduğunu etiraf etsə də, İspaniyanın finala yüksələ biləcəyini bildirib. O, rəqibin həm hücum, həm də müdafiədə güclü olduğunu vurğulayıb. İspaniya - Fransa oyunu iyulun 14-də saat 23:00-da keçiriləcək.

📅 13.07.2026 👁 18
“Qalatasaray” Lesli Uqoçukvunu İstanbula gətirir
İdman

“Qalatasaray” Lesli Uqoçukvunu İstanbula gətirir

QOL.az xəbər verir ki, “Qalatasaray” Lesli Uqoçukvunun transferini rəsmiləşdirmək üçün futbolçunu İstanbula gətirir. 22 yaşlı fransalı yarımmüdafiəçi tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq. Uqoçukvunun son klubu İngiltərənin “Bernli” komandası olub.

📅 13.07.2026 👁 13
Rafael Ağayevə ağır itki üz verib
İdman

Rafael Ağayevə ağır itki üz verib

"Qafqazinfo"nun yaydığı məlumata görə, Azərbaycanın tanınmış karateçisi Rafael Ağayevin atası Mahir Ağayev vəfat edib. Bildirilir ki, o, bir müddətdir səhhətində yaranan problemlərdən əziyyət çəkirdi.

📅 13.07.2026 👁 15