Argentina İngiltərəni məğlub edərək DÇ-2026-nın finalına yüksəldi
Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın finalına yüksəlib. Həlledici görüşdə rəqib İspaniya olacaq.
Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın finalına yüksəlib. Həlledici görüşdə rəqib İspaniya olacaq.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Vestri" ilə cavab oyunu öncəsi komandanın tam hazır olduğunu bildirib. Ağdam təmsilçisi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib.
"Sağlam həmkar" minifutbol turnirinə yekun vurulub. Finalda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası 2:1 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
Lamin Yamalın Barselona yaxınlığındakı evinə oğurluq məqsədilə daxil olmağa cəhd göstərilib. Təhlükəsizlik əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində şübhəlilər hadisə yerindən qaçıb, polis araşdırmaya başlayıb.
Mişel Pereyra UFC ilə yollarını ayırıb. Braziliyalı döyüşçünün təşkilatdakı son qarşılaşması Bakıda baş tutub və o, Şara Bulletə hakimlərin yekdil qərarı ilə uduzub. Döyüşdən sonra Pereyra hakimlərin qərarlarına etiraz etmişdi.
Xeberhub.com xəbər verir ki, Fransa millisinin kapitanı Kilian Mbappe İspaniyaya 0:2 hesabı ilə uduzduqları yarımfinaldan sonra komandasının oyun planını həyata keçirə bilmədiyini deyib. Mbappe bildirib ki, Fransa həm texniki, həm də taktiki baxımdan istənilən oyunu göstərə bilməyib və finala yüksəlmək üçün lazım olan səviyyədə çıxış etməyib. Xatırladaq ki, İspaniya bu qələbə ilə DÇ-2026-nın finalına vəsiqə qazanıb.
Xeberhub.com xəbər verir ki, bu gün DÇ-2026-nın yarımfinalında İngiltərə və Argentina milliləri qarşılaşacaq. Atlanta Stadiumda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib komanda finalda İspaniya ilə üz-üzə gələcək.
Xeberhub.com xəbər verir ki, Erlinq Holand Dallasda yerləşən vestern üslublu mağazada 10 min dollarlıq alış-veriş edib. Norveçli futbolçu qeyri-adi suvenir kimi yenot müqəvvası alıb və komanda yoldaşlarının bütün alış-veriş xərclərini də özü qarşılayıb.
Xeberhub.com xəbər verir ki, DÇ-2026-nın yarımfinalında bu gün İspaniya və Fransa milliləri qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunun qalibi finalda İngiltərə – Argentina cütünün qalibi ilə görüşəcək.
Xeberhub.com xəbər verir ki, "Qarabağ" Ceremi Qnalini icarəyə göndərməyə hazırlaşır. Futbolinfo.azın məlumatına görə, 24 yaşlı fransalı müdafiəçi bir neçə klubdan təklif alıb. Bu ilin fevralında transfer olunan futbolçu ötən mövsüm Ağdam təmsilçisinin heyətində 4 oyunda iştirak edib.
Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, “Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırmağa hazırlaşır. 32 yaşlı milli komandanın üzvünün yaxın günlərdə klubdan ayrılacağı açıqlanacaq. O, geridə qalan mövsümdə Ağdam təmsilçisinin heyətində 6 oyunda çıxış
Xeberhub.com Bakupost.az-a istinadən xəbər verir ki, 2,5 milyondan çox insan Argentina millisinin DÇ-2026-dan çıxarılması tələbi ilə petisiyaya imza atıb. az Petisiya Argentina–Misir oyunundan sonra başlayıb. Təşəbbüsçülər FİFA və hakimləri Lionel Messi və Argentina yığmasına üstünlük verməkdə ittiham edərək, komandanın turnirdən kənarlaşdırılmasını tələb edirlər.