Xeberhub.com xəbər verir ki, Fransa millisinin kapitanı Kilian Mbappe dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra komandasının çıxışını dəyərləndirib.
ESPN-ə danışan ulduz hücumçu bildirib ki, Fransa millisi nə taktiki, nə də texniki baxımdan qarşıya qoyulan planı həyata keçirə bilib.
Mbappenin sözlərinə görə, İspaniya öz oyun üslubuna sadiq qalaraq topa və oyunun tempinə nəzarət etdi. Fransa isə rəqibə yüksək təzyiq göstərərək onların rahat oynamasının qarşısını almağı planlaşdırsa da, bunu bacarmayıb.
"Nə texniki, nə də taktik baxımdan istədiyimiz oyunu nümayiş etdirə bildik. Dünya çempionatının yarımfinalında üzərinə düşəni etməyəndə qalib gələ bilmirsən. İspaniya öz oyun planına sadiq qaldı. Biz isə topu qazandığımız anlarda belə ilk toxunuşlarda səhvlərə yol verirdik. Bu, məğlubiyyətlə nəticələndi. Bu bizim üçün böyük məyusluqdur. Açığı, finala yüksəlmək üçün lazım olan hər şeyə sahib deyildik", – deyə Mbappe bildirib.
Xatırladaq ki, yarımfinal görüşündə İspaniya Fransa millisini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Komandanın qollarını 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal, 58-ci dəqiqədə isə Pedro Porro vurub.
Finalçılardan digərinin adına isə bu gün keçiriləcək İngiltərə – Argentina qarşılaşmasından sonra aydınlıq gələcək.