Göyçayda zəncirvari qəza: 4 nəfər xəsarət aldı
Göyçay şəhərində üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Xeberhub.com xəbər verir ki, hadisə bu gün saat 11 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, 31 yaşlı Mansur Babazadənin idarə etdiyi VAZ-2107 markalı avtomobillə 34 yaşlı Tural İbrahimovun idarə etdiyi VAZ-2105 markalı avtomobil toqquşub.
Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yol kənarında dayanmış “Hyundai” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində Tural İbrahimov və onun avtomobilində olan üç sərnişin müxtəlif xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.