Xeberhub.com xəbər verir ki, "Report"-un "The Times of India" nəşrinə istinadən yaydığı məlumata görə, Hindistan "Agni-4" orta mənzilli ballistik raketinin növbəti sınaq buraxılışını uğurla həyata keçirib.
Məlumata əsasən, nüvə başlığı daşımaq imkanına malik olan raketin buraxılışı Hindistan Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbərliyi ilə Odişa ştatının Çandipur poliqonunda baş tutub.
Hindistan Müdafiə Nazirliyinin nümayəndəsi sınağın uğurla tamamlandığını və raketin bütün əməliyyat və texniki göstəricilər üzrə müəyyən edilmiş tələblərə cavab verdiyini bildirib.
Qeyd olunub ki, "Agni-4" mobil platformadan buraxılan orta mənzilli ballistik raketdir və təxminən 4 min kilometr məsafəni qət etmək imkanına malikdir. Son sınaq raketin istismara tam hazır olduğunu bir daha təsdiqləyib.