Ronaldu Messiyə başsağlığı verdi: “Sənə güc arzulayıram”
Kriştianu Ronaldu Lionel Messinin atası Xorxe Messinin vəfatından sonra argentinalı futbolçuya başsağlığı verərək ona və ailəsinə dəstəyini ifadə edib.
Kriştianu Ronaldu Lionel Messinin atası Xorxe Messinin vəfatından sonra argentinalı futbolçuya başsağlığı verərək ona və ailəsinə dəstəyini ifadə edib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Dinamo Kiyev”lə cavab oyunu öncəsi komandasının uğurlu nəticə üçün mübarizə aparacağını bildirib. İlk görüşdə “Dinamo” 1:0 hesabı ilə qalib gəlib.
“Fənərbağça” “Napoli”nin belçikalı hücumçusu Romelu Lukakunu heyətinə qatıb. 33 yaşlı futbolçu Türkiyəyə qayıdışının onun üçün xüsusi və emosional olduğunu bildirib.
Məhəmməd Salahın əcdadlarının Trabzonun Dərnəkpazarı bölgəsindən olduğu barədə iddia ortaya çıxıb. Araşdırmaya görə, futbolçunun nəslinin Osmanlı dövründə yaşamış “Ekşioğlu” ləqəbli Əli Paşaya qədər uzana biləcəyi və ailənin bir qolunun sonradan Misirə köçdüyü bildirilir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbrayılın “Dinamo Kiyev”lə ilk oyunda aldığı qırmızı vərəqə ilə bağlı danışıb və bu epizodun əvvəlki illərdə Kevin Medina və Miçel Madeyranın cəzalandırıldığı hadisələrdən fərqli olduğunu bildirib.
“Çelsi” “Rayo Valyekano”nun 28 yaşlı sol cinah müdafiəçisi Pep Çavarria ilə 2031-ci ilə qədər müqavilə imzalayıb. London klubu transfer üçün 16,3 milyon funt sterlinq ödəyib.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Sabah” artıq minimum 8,97 milyon avro gəliri təmin edib. Komanda “Hapoel”i də keçərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazansa, minimum gəliri 20,17 milyon avroya çatacaq.
“Fənərbağça”nın “Napoli”nin hücumçusu Romelu Lukakunun transferi ilə bağlı İtaliya klubu ilə şifahi razılığa gəldiyi bildirilir. Transferin dəyərinin 6 milyon avrodan çox olacağı gözlənilir.
2015-ci ildə Trabzonda “Fənərbağça” klubunun avtobusuna edilən silahlı hücumla bağlı 11 il sonra yeni istintaq tədbirləri keçirilib. Beş şübhəli şəxsin ünvanında axtarış və müsadirə əməliyyatları aparılıb.
“Dinamo Kiyev”in baş məşqçisi İqor Kostyuk komandasının hücumdakı problemlərini dəyərləndirib və “Qarabağ”ın müdafiədəki inamlı çıxışını xüsusi vurğulayıb. O, Kiyev klubunun Bakıda keçiriləcək cavab matçına hazırlaşdığını bildirib.
“Qalatasaray” “Arsenal”ın braziliyalı vingeri Qabriel Martinelli üçün 40 milyon avroluq təklif göndərib. İstanbul klubu eyni zamanda “Milan”ın ulduzu Rafael Leao ilə də maraqlanır.
“Botafoqo” “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo üçün 1,5 milyon dollarlıq yeni təklif göndərib. Ağdam klubu bu təklifi də rədd edib. Daha əvvəl “Rubin”in 2,5 milyon dollarlıq təklifi də qəbul edilməyib.