Xeberhub.com xəbər verir ki, Ağdərə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnib.
Hadisə rayonun Zəylik kəndi ərazisində qeydə alınıb. Nazim Əsgərovun idarə etdiyi "Toyota Hilux" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində sürücü Nazim Əsgərov və həyat yoldaşı Könül Əsgərova hadisə yerində həyatını itirib.
Avtomobildə olan qızı Mələk İsmayılova və beşaylıq nəvəsi Uğur İsmayılzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı cinayət işi açılıb, hadisənin başvermə səbəbləri araşdırılır.