SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

AZAL yeni imic çarxını təqdim etdi

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
AZAL yeni imic çarxını təqdim etdi

Xeberhub.com xəbər verir ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC şirkətin dəyərlərini, korporativ yanaşmasını və gələcək hədəflərini əks etdirən yeni imic çarxını təqdim edib.

Şirkətdən bildirilib ki, yeni video milli aviadaşıyıcının əsas prinsiplərini və inkişaf strategiyasını ifadə edən brend manifesti xarakteri daşıyır.

AZAL qeyd edib ki, son illər şirkət ardıcıl inkişaf mərhələsi keçirir. Müasir hava gəmilərindən ibarət donanmanın genişləndirilməsi, uçuş istiqamətlərinin artırılması, rəqəmsal texnologiyaların tətbiqi, xidmət səviyyəsinin yüksəldilməsi və insan resurslarına yatırımlar şirkətin əsas inkişaf istiqamətləri sırasındadır.

Yeni imic videosunda məhz bu dəyişikliklərin arxasında dayanan dəyərlər təqdim olunur. Çarxda AZAL-ın kimliyi, fəaliyyət prinsipləri və gələcəyə baxışı vizual hekayə vasitəsilə nümayiş etdirilir.

Videoda təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda ruhu və davamlı inkişaf şirkətin əsas prioritetləri kimi ön plana çəkilir. Bildirilir ki, bu dəyərlər hər gün əməkdaşların fəaliyyətində, qəbul edilən qərarlarda və sərnişinlərə göstərilən xidmətlərdə öz əksini tapır.

Yeni layihədə AZAL-ın milli aviadaşıyıcı kimi missiyasına da diqqət ayrılır. Şirkət Azərbaycanın dünyaya açılan hava körpüsü olmaqla yanaşı, ölkənin mədəniyyətini, qonaqpərvərliyini və milli dəyərlərini beynəlxalq auditoriyaya təqdim edən brend kimi çıxış edir.

AZAL vurğulayıb ki, uçuş anlayışı yalnız nəqliyyat xidməti deyil, eyni zamanda etimad, məsuliyyət və yüksək xidmət mədəniyyəti üzərində qurulan xüsusi təcrübədir. Bu yanaşma şirkətin gələcək inkişaf strategiyasının mühüm hissəsini təşkil edir.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın