SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Yanğın

Fransanın köhnə yanğınsöndürmə təyyarələri narahatlıq yaradır

👤 📅 👁 5 baxış ⏱ 3 dəq oxuma
Fransanın köhnə yanğınsöndürmə təyyarələri narahatlıq yaradır

Fransada meşə yanğınları ilə mübarizədə istifadə olunan "Canadair" təyyarələrinin köhnəlməsi narahatlıq doğurur.

Xeberhub.com xəbər verir ki, "The Wall Street Journal"ın yaydığı məlumata görə, Fransanın meşə yanğınları ilə mübarizə məqsədilə istismar etdiyi "Canadair" tipli təyyarələrin yaşı 19 ildən 32 ilə qədər dəyişir. Nəşr qeyd edir ki, bu vəziyyət ölkənin iri təbii fəlakətlərə operativ reaksiya imkanları ilə bağlı suallar yaradır.

Məlumata əsasən, hazırda istismarda olan 12 təyyarənin əksəriyyəti mütəmadi texniki baxış və təmirə ehtiyac duyur. Pilot Qreqori Prats bildirib ki, son genişmiqyaslı meşə yanğınları zamanı həmin aviasiya parkından yalnız beş təyyarə tam işlək vəziyyətdə olub.

Bildirilir ki, müxalifət nümayəndələri Prezident Emmanuel Makronu köhnəlmiş yanğınsöndürmə aviasiyasını vaxtında yeniləməməkdə tənqid edirlər. Məqalədə vurğulanır ki, "Canadair" təyyarələri ağır yanğın əməliyyatları üçün nəzərdə tutulsa da, uzunmüddətli istismar nəticəsində korroziyaya məruz qalır və onların əsaslı təmirə ehtiyacı artır.

Nəşr xatırladır ki, Emmanuel Makron 2022-ci ildə baş vermiş iri meşə yanğınlarından sonra aviasiya parkının yenilənəcəyini və 2027-ci ilədək dörd yeni təyyarənin alınacağını vəd etmişdi. Lakin ilk iki təyyarənin 2028-ci ildə, digər ikisinin isə bundan 4-5 il sonra Fransaya təhvil verilməsi gözlənilir.

Bundan əlavə, bir müddət əvvəl Fransa hakimiyyətinin Lej-Kap-Ferre yarımadasındakı bahalı mülkləri qorumaq üçün xüsusi texnika yönəltdiyi, eyni vaxtda isə Le Port qəsəbəsində yüzlərlə evin yanaraq məhv olduğu barədə məlumatların ciddi narazılıq yaratdığı qeyd olunur.

Məlumata görə, evlərini itirən sakinlər hökuməti məsuliyyətsizlikdə ittiham edir və dəymiş ziyanın ödənilməsi üçün təzminat tələb etməyə hazırlaşırlar. Eyni zamanda, ölkədə qəsdən törədilən meşə yanğınlarının sayının artdığı, bu faktlarla əlaqədar 250-dən çox şübhəli şəxsin saxlanıldığı bildirilir.

A

Oxşar Xəbərlər