“Neftçi” İmad Fərəclə yollarını ayırdı
“Neftçi”nin fransalı hücumameyilli yarımmüdafiəçisi İmad Fərəc karyerasını Tunisin “Esperans” klubunda davam etdirəcək.
Xeberhub.com xəbər verir ki, bu barədə “Neftçi”dən məlumat verilib.
Bildirilib ki, 27 yaşlı vingerin yeni komandaya keçmək istəyi və “Esperans”ın təklifi nəzərə alınaraq transferlə bağlı danışıqlar aparılıb. Tərəflər arasında müzakirələr müsbət nəticələnib və keçidlə bağlı razılıq əldə olunub.
İmad Fərəc 2025-ci ilin iyulunda Kiprin AEK (Larnaka) klubundan “Neftçi”yə transfer edilmişdi. O, Bakı təmsilçisinin heyətində bir mövsüm ərzində 34 rəsmi qarşılaşmada meydana çıxıb.
Fransalı futbolçu bu oyunlarda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.