SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Təbii fəlakət

Qubada 4.9 maqnitudalı zəlzələ oldu

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Qubada 4.9 maqnitudalı zəlzələ oldu

Qubada 4.9 maqnitudalı zəlzələ qeydə alınıb

Azərbaycanın şimal bölgələrində zəlzələ baş verib. Yeraltı təkanlar bir sıra rayonlarda hiss olunub.

Xeberhub.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, avqustun 14-də yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində 13 kilometr dərinlikdə 4.9 maqnitudalı zəlzələ qeydə alınıb.

FHN-in məlumatına görə, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.

Yeraltı təkanların Quba ilə yanaşı Siyəzən, Qusar, Xaçmaz, Şabran, İsmayıllı və Qəbələ rayonlarında da hiss edildiyi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə zəlzələnin təxminən 10 saniyə davam etdiyi bildirilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə quruma məlumat daxil olmayıb.

A

Oxşar Xəbərlər