SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Bakıda 41,8 milyon manatlıq çirkli pulun leqallaşdırılması işi məhkəməyə çıxarıldı

👤 📅 👁 12 baxış ⏱ 3 dəq oxuma
Bakıda 41,8 milyon manatlıq çirkli pulun leqallaşdırılması işi məhkəməyə çıxarıldı

Xeberhub.com xəbər verir ki, Qafqazinfo-nun yaydığı məlumata görə, Bakıda mütəşəkkil cinayətkar dəstə dövlətin elektron vergi platformasından istifadə etməklə milyonlarla manat məbləğində vəsaiti leqallaşdırmaqda ittiham olunur.

Bildirilib ki, çoxepizodlu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baxılır.

İstintaq materiallarına əsasən, Çingiz Cəfərlinin rəhbərlik etdiyi qrup 2021–2024-cü illər ərzində saxta sahibkarlıq subyektləri yaradaraq təxminən 41 milyon 818 min manat məbləğində maliyyə vəsaitini qanunsuz yollarla leqallaşdırıb. Təqsirləndirilən şəxslər arasında Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev və Tərxan Şirinov da yer alır.

Məlumata görə, dəstə üzvləri Dövlət Vergi Xidmətinin elektron portalında malların alqı-satqısı və xidmətlərin göstərilməsi ilə bağlı 1 419 saxta elektron sənəd hazırlayaraq informasiya sisteminə bilərəkdən həqiqətə uyğun olmayan məlumatlar daxil ediblər. Bu üsulla müxtəlif maliyyə əməliyyatları rəsmiləşdirilərək böyük məbləğdə vəsaitin mənşəyinin gizlədildiyi iddia olunur.

İstintaqın qənaətinə əsasən, qrupun fəaliyyəti Bakıda "20 Yanvar" metro stansiyası yaxınlığında yerləşən və onların nəzarətində olduğu bildirilən yeməkxanadan koordinasiya edilib.

Cinayət işində onlarla zərərçəkmiş şəxs var. Onların əksəriyyətinin maddi imkanı zəif olan vətəndaşlar, tələbələr, təqaüdçülər və narkotik asılılığından əziyyət çəkən şəxslər olduğu qeyd edilir. İddiaya görə, həmin şəxslərin adına "Asan İmza" vasitəsilə yüzlərlə şirkət qeydiyyata alınaraq maliyyə əməliyyatlarında istifadə olunub. Zərərçəkənlərin bir çoxu öz adlarına şirkət açıldığını yalnız istintaqa cəlb edildikdən sonra öyrəniblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vəzifə saxtakarlığı ilə bağlı bir neçə maddəsi üzrə yekun ittiham irəli sürülüb.

Cinayət işi üzrə növbəti məhkəmə iclasının iyulun 31-də keçirilməsi nəzərdə tutulur.

A

Oxşar Xəbərlər