SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri ilə görüşdü

👤 📅 👁 0 baxış ⏱ 3 dəq oxuma
Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri ilə görüşdü

Xeberhub.com xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andrey Sibiqa ilə görüş keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, nazirlər əvvəlcə təkbətək formatda müzakirələr aparıb, daha sonra görüş geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Danışıqlar zamanı Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, siyasi dialoq, ticarət-iqtisadi əlaqələr, enerji əməkdaşlığı, humanitar sahədə qarşılıqlı fəaliyyət, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Biznes Şurasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni xüsusi qeyd ediblər. Eyni zamanda, ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamika yüksək qiymətləndirilib və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Regional məsələlərə toxunan Azərbaycan tərəfi Ukraynada hərbi əməliyyatların dayandırılmasının və münaqişənin beynəlxalq hüquq normaları əsasında diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb. Bununla yanaşı, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədiyi bildirilib.

Görüşdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Qara dəniz və Azov dənizində baş vermiş hadisələr nəticəsində həlak olan və yaralanan Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verərək, zərərçəkənlərin ailələrinə dəstəyini ifadə edib.

Müzakirələr zamanı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım da diqqətə çatdırılıb. Qeyd olunub ki, hərbi eskalasiyanın başlanmasından bəri Azərbaycanın humanitar dəstəyinin həcmi 50 milyon ABŞ dollarını ötüb. Həmçinin İrpin şəhərində həyata keçirilən bərpa layihələri, ukraynalı uşaqlar üçün reabilitasiya proqramları və minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri də gündəmdə olub.

Səfərin sonunda Ceyhun Bayramov və Andrey Sibiqa birgə mətbuat konfransı keçirərək bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.

A

Oxşar Xəbərlər