Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Xeberhub.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Trampa təşəkkür mesajı paylaşıb.
Dövlət başçısı Donald Trampın Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri öz sosial media hesabında paylaşmasını yüksək qiymətləndirərək ona minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev paylaşımında IV Şuşa Qlobal Media Forumunda Donald Tramp haqqında səsləndirdiyi fikirlərə də toxunub. O, forum zamanı ABŞ Prezidentini "Sülh adamı" adlandırdığını xatırladıb.
Bununla yanaşı, dövlət başçısı tarixi Vaşinqton Sammitinin birinci ildönümünün yaxınlaşdığını da vurğulayıb.
Şərhlər (0)
Şərh yazın