SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

İspaniyada meşə yanğınları: Təxliyə olunanların sayı 70 mini keçdi

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
İspaniyada meşə yanğınları: Təxliyə olunanların sayı 70 mini keçdi

İspaniyanın mərkəzi bölgələrində davam edən meşə yanğınları səbəbindən təxliyə olunanların sayı 70 mini ötüb.

XeberHub.com xəbər verir ki, "The Guardian"ın yaydığı məlumata görə, bu barədə İspaniya hökumətinin nümayəndəsi Fransisko Martin açıqlama verib.

Onun sözlərinə görə, yalnız son 24 saat ərzində daha 25 min nəfər təhlükəsizlik məqsədilə yaşadığı ərazini tərk edib. Bundan başqa, 20 mindən çox sakinə evlərini tərk etməmələri barədə göstəriş verilib.

Hazırda yanğınlar nəticəsində xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, təxliyə edilənlərin böyük hissəsi Madrid ətrafındakı yaşayış məntəqələri və Avila vilayətinin sakinləridir. Bölgədə milli səviyyədə fövqəladə vəziyyət elan olunub.

Məlumata görə, qonşu Fransada da iyunun əvvəlindən etibarən anomal isti hava şəraiti səbəbindən genişmiqyaslı meşə yanğınları müşahidə olunur. İyulun ortalarından etibarən oxşar vəziyyət İspaniyada da yaranıb.

İspaniyanın AEMET meteorologiya agentliyi yanğın təhlükəsinin ölkənin böyük hissəsində, eləcə də Balear adalarında yüksək səviyyədə qaldığını bildirib.

A

Oxşar Xəbərlər