SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İordan çayının qərb sahilində 70 nəfər saxlanıldı

👤 📅 👁 9 baxış ⏱ 1 dəq oxuma
İordan çayının qərb sahilində 70 nəfər saxlanıldı

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi genişmiqyaslı əməliyyatlar zamanı onlarla şübhəli şəxsi saxlayıb.

XeberHub.com xəbər verir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) yaydığı məlumata görə, gecə və səhər saatlarında həyata keçirilən reydlər zamanı terror fəaliyyətində şübhəli bilinən 70 nəfər saxlanılıb.

Məlumata əsasən, əməliyyatlar çərçivəsində təxminən 200 nəfər dindirilib, 300 ünvanda axtarış aparılıb.

SAXAL bildirib ki, saxlanılan şəxslərdən bəzisi HƏMAS hərəkatı ilə əlaqədə olmaqda şübhəli bilinir. Onlar araşdırmaların davam etdirilməsi üçün müvafiq təhlükəsizlik qurumlarına təhvil veriliblər.

Qeyd edək ki, iyulun 24-də Nablus yaxınlığındakı Havat-Gilad yaşayış məntəqəsi ətrafında baş verən silahlı insident zamanı iki israilli hərbçi həlak olmuşdu. Həmin hadisədən sonra İsrail ordusu Nablus və ətraf bölgələrdə genişmiqyaslı antiterror əməliyyatına start verdiyini açıqlamışdı.

A

Oxşar Xəbərlər